logo
Milli Məclisin deputatları Türkiyədə və İspaniyada səfərdə olacaqlar

Milli Məclisin deputatları Türkiyədə və İspaniyada səfərdə olacaqlar

Milli Məclisin deputatları Türkiyədə və İspaniyada səfərdə olacaqlar Milli Məclisin deputatları Türkiyədə və İspaniyada səfərdə olacaqlar

Dekabrın 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və deputat Məlahət İbrahimqızı Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Deputatlar burada Beynəlxalq İnkişaf və Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək “Naxçıvan Muxtar Respublikasının 100 illiyi” və “Qərbi Azərbaycana qayıdış siyasəti” adlı tədbirlərdə iştirak edəcəklər.

Dekabrın 8-də isə deputat Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrıseçkiliyə qarşı 4-cü Qlobal Forumda iştirak etmək üçün İspaniyanın Barselona şəhərinə yola düşəcək.

Forumda irqçiliklə mübarizə, gender bərabərliyi, sülh, ədalət və inklüziv siyasət kimi mövzularda müzakirələr aparılacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media