Bu gündən etibarən Dövlət Başçısının müvafiq sərəncamına əsasən alınan 160 ədəd elektrik mühərrikli avtobuslar fəaliyyət göstərməyə başlayır. COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq BakuBus-ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaqdır.
Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılmışdır. Qaraj sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərilməsi üçün bütün zəruri şəraitlə təmin olunmuşdur.
Bu gündən etibarən 1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayır. Bu avtobuslar müasir qarajdan xəttə buraxılır və sərnişinlərə xidmət göstərir.
Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilmişdir ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunmuşdur.
Ən son xəbərləri səhifəmizdən də izləyin