logo
SOCAR İstiqrazlarının 12-ci kupon ödənişi edilib

SOCAR İstiqrazlarının 12-ci kupon ödənişi edilib

SOCAR İstiqrazlarının 12-ci kupon ödənişi edilib SOCAR İstiqrazlarının 12-ci kupon ödənişi edilib

Nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 2024-cü il üzrə 1 milyon 125 min dollarlıq sonuncu kupon ödənişi 1 noyabr tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci ilin 1 fevral tarixində baş tutacaq.

Yerli fond bazarında ən çox ticarət olunan korporativ qiymətli kağız statusuna sahib SOCAR İstiqrazları 12-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir gətirib və istiqraz sahiblərinin ümumi qazancı 13 milyon 500 min ABŞ dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22.5 milyon dollar təşkil edəcək.)

Hazırda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının həcmi $50 milyona çatıb. Bağlanmış əqdlərin sayı isə 900-dür. 2016-cı ildən indiyədək investorlarına $40 milyona yaxın gəlir qazandırıb.

SOCAR İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda fəaliyyət göstərən rəsmi investisiya şirkətlərindən əldə edilə bilər.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socarcapital.az, socaristiqraz.az veb-saytlarına müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media