logo
Azərsun “Yüksəliş” müsabiqəsinin qalibləri üçün təlim təşkil edib

Azərsun “Yüksəliş” müsabiqəsinin qalibləri üçün təlim təşkil edib

Azərsun “Yüksəliş” müsabiqəsinin qalibləri üçün təlim təşkil edib Azərsun “Yüksəliş” müsabiqəsinin qalibləri üçün təlim təşkil edib

“Azərsun Holdinq” İdarə Heyətinin Strategiya və Biznesin İnkişafı üzrə müşaviri Nailə Mehrabova ilə “Yüksəliş” müsabiqəsinin qalibləri arasında maraqlı təlim baş tutub. 

"Strateji liderlik: Sektorun ön sıralarında yer tutmaq" mövzusunda çıxış edən Nailə Mehrabova zəngin təcrübəsini qaliblərimizlə bölüşüb.

Xatırladaq ki, Nailə xanım Stenford Universitetini bitirən ilk azərbaycanlı qadın, qida və neft-qaz sənayeləri, maliyyə və transformasiya sahələrində zəngin təcrübəyə malik peşəkar, eləcə də “The Heir’s Handbook” kitabının müəllifidir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media