logo
“Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda ilk panel müzakirəsi aparılıb

“Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda ilk panel müzakirəsi aparılıb

“Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda ilk panel müzakirəsi aparılıb “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda ilk panel müzakirəsi aparılıb

Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumunda “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda ilk panel müzakirəsi aparılıb.

“Qadınlar Nüvə sahəsində” (“Women in nuclear”) Ümumdünya Assosiasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi, Avstriyada fəaliyyət göstərən Dr. Dinara Abbasovanın moderatorluğu ilə keçirilən paneldə biliklərin idarə olunması bazasından bəhs edilib.

“Universitetlərin, o cümlədən fakültə və tələbə mobilliyinin, eyni zamanda  kurikulumun əmək bazarının tələb-təkliflərinə uyğunlaşdırılması, müasir bilik və bacarıqlara malik məzun buraxılışları üçün beynəlmiləlləşmə strategiyaları nə kimi rol oynayır?” və “Xaricdə yaşayan alimlər Azərbaycanda elm və ali təhsilin inkişafı, beynəlxalq tələbə və professorların cəlbində xaricdə hansı funksiyaları yerinə yetirə bilər?” sualları ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.

İlk olaraq çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbəri olduğu ali təhsil müəssisəsinin təcrübələrini bölüşüb, xaricdə yaşayan azərbaycanlı alimlərin bazasının formalaşdırılmasından söz açıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tələbələrin yerli və dünya bazarına uyğun hazırlanmasından, xaricdə yaşayan gənclərin rəqəmsallaşmadan istifadə edərək Azərbaycana gəlmədən ölkəmizdə baş verən ictimai-siyasi prosesləri öyrənməsinin mümkünlüyündən danışıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova qloballaşan dünyada süni intellektin mühüm əhəmiyyət kəsb etdiyini və incəsənətdə onun xüsusi yeri olduğunu vurğulayıb. Bu məsələnin universitetin professor, müəllim heyəti arasında maraq doğurduğunu qeyd edib.

Azərbaycan Texniki Universitetinin Almaniyadakı müəssisələrlə əlaqə yaratdığını qeyd edən rektor Vilayət Vəliyev Türkiyə universitetləri ilə ikili diplom proqramının həyata keçirildiyini bildirib.

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı beynəlmiləlləşmənin əsasını əsasən araşdırmaçı professorların qoyduğunu vurğulayıb. Magistr, fəlsəfə doktoru proqramları haqqında məlumat verib.

Strategiyalar vasitəsilə beynəlmiləlləşmənin əhəmiyyətindən və məqsədindən danışan Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov universitetlərdə xarici dilin, ikili diplom proqramlarının artmasının və gənclərin bu standartlara uyğun yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.

Çıxışlarda əcnəbi tələbə və müəllimlərin tədrisə cəlbi, qrantlara  nail olunması, mübadilə proqramlarının həyata keçirilməsi, regional və beynəlxalq səviyyədə tədbirlərin təşkili, universitetlərdəki kadrların xarici alimlərlə işləmə bacarığının artırılması məsələlərinə toxunulub.

Panel görüşü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media