logo
Bakıda günvurma: İyun ayında 2 azyaşlı da daxil olmaqla 27 nəfər müraciət edib

Bakıda günvurma: İyun ayında 2 azyaşlı da daxil olmaqla 27 nəfər müraciət edib

Bakıda günvurma: İyun ayında 2 azyaşlı da daxil olmaqla 27 nəfər müraciət edib Bakıda günvurma: İyun ayında 2 azyaşlı da daxil olmaqla 27 nəfər müraciət edib

2024 - cü ilin İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 27 nəfərin müraciəti qeydə alınıb. Onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib. Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında azyaşlılardır.

Qeyd edək ki, 2023 - cü ilin İyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar olaraq 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub. 7 nəfərə isə yerində yardım göstərilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media