logo
Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı: pasiyent uğurla hospitalizasiya edildi

Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı: pasiyent uğurla hospitalizasiya edildi

Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı: pasiyent uğurla hospitalizasiya edildi Təcili Tibbi Yardım avtomobili qəzaya uğradı: pasiyent uğurla hospitalizasiya edildi

20.06.2024-cü il tarixində saat 20:25 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasından 2006-cı il təvəllüdlü şəxsin doğuş prosesi ilə əlaqədar olaraq 103 Çağrı mərkəzinə müraciət daxil olub. Dərhal çağırış ünvanına Yevlax rayonu üzrə təcili tibbi yardım briqadası cəlb olunub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (RTTTYM) innews.media bildirilib ki, briqada hospitalizasiya prosesini həyata keçirərkən güclü küləyin təsiri ilə nəticələnən qəza baş verib. Nəticədə sanitar avtomobilin üzərinə ağac budağı aşıb.

Təcili tibbi yardım avtomobilinin sürücüsünün yüksək çevikliyi və peşəkarlığı nəticəsində pasiyent heç bir xəsarət almadan uğurla Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ağacın aşması nəticəsində sanitar avtomobilə ziyan dəyib və təcili tibbi yardım heyəti yüngül xəsarətlər alıb. Ancaq buna baxmayaraq, öz iş fəaliyyətini sona qədər uğurla yerinə yetiriblər. Onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, hospitalizasiya olunan ananın 21.06.2024-cü il tarixində saat 02:00 radələrində cinsi kişi, boyu 53 sm., çəkisi 3 800 qr. olan körpəsi dünyaya gəlib. Hazırda ananın və körpənin vəziyyəti stabildir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media