https://innews.media/uploads/news/2024-05/_innews_875eac97b67f76a9840f7493a_o.jpg
Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün 9 May Faşizm üzərində Qələbə Gününə həsr olunmuş maarifləndirici proqramların daxil olduğu tədbir keçirilib.
60 saylı tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbirdə uşaqlar ilk olaraq İkinci Dünya müharibəsi tarixindən, azərbaycanlı Sovet ittifaqı qəhrəmanlarından, təsviri sənət və heykəltəraşlıqda bu mövzuya həsr olunmuş əsərlərdən bəhs edən təqdimata baxdılar. Ardınca məktəblilər “9 May Qələbə Günü” adlı qısametrajlı film izlədilər.
Ustad dərsində şagirdlər boşqab üzərində akril texnikasında mövzuya uyğun rəsmi tamamladılar.
Böyük maraqla proqrama qoşulan məktəblilər sonda muzeyin ekspozisiyası ilə yaxından tanış oldular.
Ən son xəbərləri səhifəmizdən də izləyin