https://innews.media/uploads/news/2024-03/_innews_b5b1a6f973b6d06c028fb3ef0_o.jpg
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) işçilərinin sayı 32-yə çatdırılıb.
innews.media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, qurumun yeni əməkhaqqıfondu da 53 min 365 manat müəyyənləşdirilib.
Qeyd edək ki, BMTM-in bundan əvvəl işçilərinin sayı 20, əməkhaqqı fondu isə 38 min 547 manat olub.