logo
Arxeologiya və Antropologiya İnstitutuna direktor seçilib

Arxeologiya və Antropologiya İnstitutuna direktor seçilib

Arxeologiya və Antropologiya İnstitutuna direktor seçilib Arxeologiya və Antropologiya İnstitutuna direktor seçilib

Fevralın 21-də AMEA İctimai Elmlər Bölməsinin ümumi yığıncağının iclası keçirilib. Bu barədə AMEA-dan məlumat verilib.

İclasda Arxeologiya və Antropologiya İnstitutunun direktoru vəzifəsinə tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev seçilib.

Fevralın 22-də, AMEA - nın Rəyasət Heyətinin iclasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, Arxeologiya və Antropologiya İnstitutunun direktoru vəzifəsinə təsdiq edilib.

Fərhad Quliyev bundan əvvəl AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyasına rəhbərlik edib, Elmi fond və ekspozisiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycan arxeoloqlarının Yaponiya və Koreya birgə ekspedisiyalarına rəhbərlik etmiş, Türkiyə arxeoloqları ilə ortaq tədqiqatlar aparıb. Göytəpə neolit arxeoloji abidəsinin üzə çıxarılması və tədqiqində onun mühüm elmi nailiyyətləri var.

Xarici ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda Azərbaycan arxeologiyasına aid məqalələri çap olunub. Azərbaycanda 2 və xaricdə 2 kitabı nəşr edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin