logo
ADY Bakı-Sumqayıt qatarının hansı səbəbdən dayanmasına aydınlıq gətirdi

ADY Bakı-Sumqayıt qatarının hansı səbəbdən dayanmasına aydınlıq gətirdi

ADY Bakı-Sumqayıt qatarının hansı səbəbdən dayanmasına aydınlıq gətirdi ADY Bakı-Sumqayıt qatarının hansı səbəbdən dayanmasına aydınlıq gətirdi

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

innews.media ADY-ə istinadən bildirir ki, əraziyə cəlb olunan qurumun texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılmış və qatarın hərəkəti bərpa olunmuşdu. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunmuşdur.

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media