https://innews.media/uploads/news/2024-02/_innews_c9ebebc6553e7013a832d4528_o.jpg
2 fevral-Gənclər Günü münasibətilə "Nə? Harada? Nə vaxt?" intellektual bilik yarışması baş tutub. SOCAR-ın “Azəriqaz” İB-nin inzibati binasında Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda hər birində 5 nəfər olmaqla ümumilikdə 7 komanda mübarizə aparıb. Gərgin keçən zəka mübarizəsinin əsas hissəsində 3 komanda arasında bərabərlik qeydə alındığından qalibləri müəyyən etmək üçün əlavə suallara ehtiyac duyulub. Həlledici mərhələdə 10 xal fərqi ilə önə keçən Birliyin Qəza Çağrı Xidməti 1-ci yerə çıxıb. İdarəetmə aparatının komandası 2-ci, Bakı Regional Qazın Satışı Departamentinin komandası isə 3-cü yerə layiq görülüb. Qaliblər sonda Birlik tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin