logo
"Qəlbin naxışları" - Milena Nəbiyeva - FOTO

"Qəlbin naxışları" - Milena Nəbiyeva - FOTO

"Qəlbin naxışları" - Milena Nəbiyeva - FOTO "Qəlbin naxışları" - Milena Nəbiyeva - FOTO

Xeyriyyəçilik, və ya daha alicənabcasına ifadə etsək, incəsənətə himayədarlıq, şübhəsiz ki, bəşər sivilizasiyasının ən xeyirxah və ən ali nailiyyətlərindən biridir. Biz bir-birimizə zərurətlə əlaqədar deyil, məhz öz məramımız naminə kömək edirik. Çağdaş dünyamızda xeyriyyəçilik uzun illərdir geniş vüsət aldığından, bu fenomen cəmiyyətin sağlam həyatının tərkib hissəsi olmaqla təzahür edir. Məsələyə digər tərəfdən yanaşsaq, hər birimizin daxili aləmində çağlayan yaradıcılıq ehtimal ki, bizi dünyamızdan tamamilə başqa bir aləmlə təmasa girməyə sövq etdirir və o, həmin an bizi həmin aləmin fərqli ab-havası ilə nəfəs aldırır. Xeyriyyəçilik – başqa bir insan ilə təmas zamanı həmin insanı arzuladığınız keyfiyyətlərə nail etdirmək və onu adidən aliyə doğru təkmilləşdirmək hisslərindən qaynaqlanır. Lakin bununla belə, yaradıcılıq hər şeydən və hamıdan öncə, fərdin öz-özü ilə dialoqundan və öz daxili aləmi ilə təmasından başlayır. Bu, daxilində cərəyan edən və ali hisslərdən qaynaqlanan sualların eynilə daxilən cavablandırılmasında özünü büruzə vermiş olur. Çünki daxili təmas və dialoq bir cismin iki zərrəsidir. Başqa sözlə desək, yaradıcılığın təzahürü hansısa qazanc əldə etmək niyyətinə deyil, əksinə, fərdin daxilində olanları xarici aləmə car çəkməklə, bu ülviyyəti bəşərə ərməğan etməyə və xeyirxahlıq kimi ali hissləri dönə-dönə yaymağa xidmət edir.

Görkəmli rəssam, YUNESKO-nun nümayəndəsi, Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini, “Həyata ümid” Xeyriyyə Fondunun rəhbəri Milena Nəbiyeva özünəməxsus duyğuları, dünyagörüşü, təcrübə və hissləri ilə həqiqi yaradıcı insandır və o, özünün heyrətamiz dərəcədə hərarətli, məhəbbət və şəfqət dolu hisslərindən süzülən qəlbinin işığı ilə kətan üzərində bu ülviyyətin bariz təcəssümünü məharətlə əks etdirir. Milena Nəbiyevanın rəsmləri fırça ustalarının heç də hamısının əsərlərində rast gəlinməyən, qavrayışa tam məlum olmayan bir  enerjidən rövnəqlənir. Bu əsərlər ətraf aləmdəki gözəllikləri və füsunkarlıqları açıq ürəklərə duyduduran, təsirləndirən və nəhayətsiz olaraq təəssüratlandıran bir keyfiyyətə malikdirlər. 

Milena Nəbiyeva tamamilə fərqli, özünəməxsus çoxçeşidliliyi ilə analoqu olmayan bir palitradan çıxış etməklə, hər bir seyrçini onun qəlbinin təntənəsi olan mənzərələr, eskizlər və natürmortlarla öz aləmində yaşadır, heyranlıqlara qərq edir və seyrçilər bu tablolardakı aləmlərə baş vurmaqla, onların harmoniyası ilə nəfəs almağa başlayırlar. 

Sənətsevərləri 19 sentyabr saat 20:00-da QGallery qalereyasında Milena Nəbiyevanın “Qəlbin naxışları” adlı fərdi sərgisinin açılışına dəvət edirik. Sərgidə rəssamın 20-dən artıq rəsm əsəri nümayiş olunacaq. Sərgi, 21 sentyabr 2023-cü il tarixi də  daxil olmaqla davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media