TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində aorta koranar şuntlama (AKŞ əməliyyatı) icra olunub.
Belə ki, Yeni Klinikaya müraciət edən 1952-ci il təvəllüdlü Rəşid Məmmədovun (xəstənin razılığı ilə məlumatlar təqdim edilir) angioqrafiya müayinəsi olunduqdan sonra ürək damarlarında ciddi tıxanıqlıq (LMCA-80%,LAD-98%,RCA-100%,CXOM1-70%) müşahidə edilib.
Müayinədən dərhal sonra ürəyin yığılma gücü EF-30-35% olan xəstənin əməliyyata alınmasına qərar verilib.
Açıq ürək əməliyyatına alınan xəstəyə ürək-damar cərrahları Opr.dr.Nicat Süleymanov və Opr.Dr.Nihad Süleymanzadə tərəfindən aorta koranar şuntlama əməliyyatı icra olunub.
Uğurla həyata keçirilən AKŞ əməliyyatından sonra xəstənin ürəyində olan problem aradan qaldırılıb.
Qeyd edək ki, 6 iyun 2022-ci il tarixindən etibarən icbari tibbi sığorta sisteminin tətbiq olunduğu “Yeni klinika” tibb müəssisəsində aorta koranar şuntlama (AKŞ əməliyyatı) ilk dəfə olaraq həyata keçirilib.