Biz fəxr etməliyik ki, Milli Mətbuatımızın böyük tarixi var. Bu bizim zənginliyimizin, keçmişimizin,bu günümüzün,parlaq gələcəyimizin göstəricisidir. Mətbuatımız milli dəyərimiz, sərvətimizdir.
Gəlin, biraz keçmişə qayıdaq.
Kompüterdən uzaq,qələmlə yazılan məqalələrə,hər gün səbirsizliklə oxumaq üçün gözlədiyimiz qəzetləri yada salaq.Hər şey necədə nizamlı,maraqlı və mənalı idi...
Radioda dinlədiyimiz diktorlar , səsinə sənətinə aşiq olduğumuz sənətkarlar, yüksək peşəkarlıqla televiziyada fəaliyyət göstərən aparıcılar və diksiyası,səsi,qabiliyyəti ilə insanları heyran edən mətbuat aləmi...
Bu gün elm və texnika o qədər sürətlə inkişaf edir ki, bu sözsüz mətbuata da öz təsirini göstərir. Günü gündən çiçəklənmə dövrünü yaşayan zəngin keçmişi,arxivi olan mətbuat bizim baş tacımızdır.
Düşünün, xəbərsiz yaşamaq olarmı ? Bəs düzgün informasiya almasaq, səhnə mədəniyyəti olmasa,bizə xoş təsir bağışlamasa necə olar ?
Deməli, hər günümüzdə böyük rolu olan mətbuatın tarazlığı qoruması da üzərinə düşən ən önəmli vəzifələrindən biridir.
Milli mətbuatımızın “Əkinçi”dən bu günə keçdiyi böyük yol,xalqı maarifləndirmək məqsədilə yaranan “Əkinçi”, Zərdabi ideyalarının irticanın sərt tələblərinə qalib gəlməsi, “Əkinçi”nin cəsarət nümunəsi olması, ondan sonra yaranan “Ziya” qəzeti , öz ideya istiqamətinə görə “Əkinçi”yə yaxın olan “Kəşkül”, onun estafeti olan “Kaspi”, “Ədəbiyyat qəzeti”, “ Kirpi” mətbuatın keçdiyi uğurlu yolun ən şərəfli göstəriciləridir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.
Bu gün ölkədə yüzlərlə mətbu orqanı qəzet və jurnal fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib.
Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və mətbuat azadlığını müdafiə etməkdir.
Hörmətli media nümayəndələri,
Sizi 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq. Mətbuatımızın inkişafında əvəzsiz xidmətləri olan jurnalistlər, sizə işinizdə obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayırıq.
Rəna Baxşəliyeva- Azərbaycan Dövlət Pedaqoji Universiteti, Həvəskar jurnalist