Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş 17 may 2023-cü il tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “El bilir ki, sən mənimsən” adlı rəsm sərgisi keçiriləcək.
Sərgidə milli adət-ənənələrimizin, abidələrin, mənzərələrin, xalqımızın qədim bayramlarını, rəqslərini, milli oyunlarını, nağıllarını öz rəsmlərində əks etdirən gənc rəssamların vətənə olan məhəbbətinin şahidi olacaqsınız. Tədbirdə mərkəzimizin müəllimi gənc rəssam Nərmin Abdullayevanın və onun yetirmələri olan 8-16 yaşlı 13 dərnək üzvünün rəngarəng və özünəməxsus rəsmləri nümayiş olunacaq. Sərgidə iştirak edən gənc rəssamlar dəfələrlə respublika və beynəlxalq sərgi müsabiqələrin qalibləri olmuş, böyük uğurlara imza atmışlar. Belə ki, Amerika, Yaponiya, Çin, Rusiya, Türkiyə, Yunanıstan, Hindistan, Misir, Fransa, Çexiya, Polşa, Belarus, Rumıniya və s. ölkələrdə keçirilən beynəlxalq sərgi müsabiqələrdə dəfələrlə qalib olaraq Azərbaycanın adını ucaldıb I, II, III yerlərə, qızıl, gümüş, bürünc medallara layiq görmüşlər.
Rəsm sərgisində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri, görkəmli rəssamlar və və digər idarə və təşkilatlardan qonaqlar iştirak edəcəklər.
“3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-ın direktoru:
Lalə Qəti
Ən son xəbərləri səhifəmizdən də izləyin