07.04.2023-cü il tarixində saat 15:00-da Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in təşkilatçılığı və Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində-Bruklində fəaliyyət göstərən uşaq və yeniyetmələrin “My Way” (Mənim yolum) Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı ilə “Əbədi liderin iziylə” adlı rəsm sərgisi keçirildi.
Sərgiydə Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov və “My Way” (Mənim yolum) Yaradıcılıq Mərkəzinin direktoru Alyona Bədəlova və digər qonaqlar iştirak etmişdir.
Sərginin keçirilməsində məqsəd, iki Mərkəz arasında dostluq və əməkdaşıq yaradaraq, Amerikada yaşayan uşaqlara Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən bəhs edərək onları maarifləndirmək, həmçinin uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətini və potensialını üzə çıxarmaqdır.
Sərgidə “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in “Məktəb teatrı” dərnək üzvləri ölməz lider Heydər Əliyevin şərəfli ömür yolu, təhsil və müstəqilliyimiz üçün gördüyü işlər barədə məlumatlar verib, şeirlər səsləndirdilər. Bununla yanaşı Mərkəzin “Gənc tərtibatçı rəssamlar” dərnək üzvləri və “My Way” (Mənim yolum) Yaradıcılıq Mərkəzinin üzvləri Heydər Əliyevin yaradıcılıq illərindəki gördüyü işləri öz rəsmlərində əks etdirmişdirlər. Həmçinin, sərgidə "Vokal" qrupu "Yaşa mənim xalqım” mahnısı ilə "Təbəssüm" rəqs qrupu isə “İnnabı” rəqsi ilə çıxış edərək, qonaqların böyük marağına səbəb oldular.
Sonda isə uşaqlara sərgidə fəal iştirakına görə diplomlar təqdim olundu.